23 oktyabr 2024. Çərşənbə

Yeni baş məşqçimizin işi çox çətindir


Yeni baş məşqçimizin işi çox çətindir

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev də qadınlardan ibarət millinin baş məşqçisi postuna gətirilən Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında çıxış edib.

 

Corner.az-ən məlumatına görə O, türkiyəli mütəxəssisə hər cür köməkliyə hazır olduqlarını bildirib:

“Ataman bəyə böyük hörmətim var. Mən də Türkiyədə bir neçə il işləmişəm. Həmişə onun arxasındayam. Yeni baş məşqçimizin işi çox çətindir. Ona dəstək olmalıyıq”.

 

F.Qarayev əlavə edib ki, federasiya prezidenti Şahin Bağırovla birlikdə Azərbaycan voleybolu üçün ciddi işlər görəcəklər:

“Şahin müəllim çox pozitiv insandır. Bu da voleybolumuza xeyir verəcək”.


Həmçinin konfransda federasiyasının prezidenti Şahin Bağırov bildirib ki, 42 yaşlı məşqçi ilə sözləşmənin müddəti 3 aylıq nəzərdə tutulub:

“Milli komanda Avropa çempionatında çıxış edəcəyi üçün müqavilə üç aylıq olacaq. Yaydan sonra növbəti sözləşmə ilə bağlı müzakirə aparacağıq”.


Baş məşqçi isə hazırda yığma üzvlərinin klublarında olduqlarını və üç aylıq müddətin ilkin hədəflər üçün kifayət edəcəyini vurğulayıb.







Xəbər news