14 dekabr 2025. Bazar günü

Sarri Ronaldo ilə görüşdü


Sarri Ronaldo ilə görüşdü

Juventus'un yeni baş məşqçisi Maurissio Sarri hazırda istirahət edən futbolçusu Kriştiano Ronaldo ilə görüşüb.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun yaxtasında olan  görüş zamanı 60 yaşlı mütəxəssis öz planları barədə danışıb. Sarri Ronaldonu mərkəz hücumçusu kimi oynatmaq istədiyini deyib. O hesab edir ki, bu, portuqaliyalı hücumçunun daha çox qol vurmağına imkan yaradacaq.

Qeyd edək ki, Sarri ötən gün açıqlamasında Ronaldoya yeni rekordlar qırmaq üçün kömək etmək istədiyini bildirmişdi.







Xəbər news