Ayaz Quliyevlə bağlı növbəti qalmaqal
Moskva "Spartak"ının futbolçusu Ayaz Quliyev növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə işıqforun qırmızı işığında keçdiyi üçün 4 ay müddətinə sürücülük hüququndan məhrum edilən azərbaycanlı futbolçu bu dəfə sürət həddini aşdığına görə cərimələnib. Hadisə may ayının 24-də baş verib. Futbolçu 500 rubl məbləğində cərimə ödəyəcək.Qeyd edək ki, Ayaz aprelin 10-da Moskva küçələrinin birində piyada keçidində yol vermədiyi üçün dalaşdığı amerikalı turistin burnunu sındırmışdı.(qol)