1 fevral 2026. Bazar günü

Qrup komandamıza "Audience Award" mükafatı təqdim olundu


Qrup komandamıza "Audience Award" mükafatı təqdim olundu

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında "Audience Award" mükafatı təqdim olunub.

Corner.az xəbər verir ki, mükafat Azərbaycanın qrup hərəkətləri üzrə gənclərdən ibarət komandasına verilib.

Kollektivin heyətində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yer alıblar.

Mükafatın qalibi tamaşaçılar arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Azərbaycanın gənclərdən ibarət komandası çoxnövçülük və beş topla hərəkətlərdə bürünc medal qazanıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO