- Xəbər news
- 21:58 14.03.2026
Bu
gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Corner.az
xəbər verir ki, bununla da turnirin finalçıları
müəyyənləşəcək.
İlk
matçda İtaliyada "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn
"Bazel" İsveçrədəki görüşdə ən azı hazırkı üstünlüyünü qorumağa
çalışacaq. "Sankt-Yakob Park" stadionunda oynanılacaq qarşılaşmanı
ispaniyalı referi Xose Mariya Sançes idarə edəcək.
Yarımfinalın
digər oyununda isə İngiltərə "Vest Hem"i Niderlandda "AZ
Alkmaar"la münasibətlərinə aydınlıq gətirəcək. AZ stadionundakı matçın baş
hakimi slovakiyalı İvan Krujlyak olacaq. Komandalar arasında ilk oyunda London
klubu 2:1 hesablı qələbə qazanıb.
UEFA
Konfrans Liqası
Yarımfinal,
cavab oyunları
18
may
23:00.
"Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya)
Baş
hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel,
"Sankt-Yakob Park" stadionu
İlk
oyun - 2:1
23:00.
"AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə)
Baş
hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar,
AZ stadionu
İlk
oyun - 1:2
Qeyd
edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı
"Eden Arena"da keçiriləcək.