- Xəbər news
- 12:59 27.12.2024
UEFA
Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən
yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Corner.az
xəbər verir ki, bu ada İspaniya "Sevilya"sından İvan Rakitiç, Erik
Lamela, İtaliya "Roma"sından Nemanya Matiç və Almaniyanın
"Bayer" (Leverkuzen) klubundan Florian Virts iddia edir.
UEFA
Konfrans Liqasında isə İtaliya "Fiorentina"sından Nikolas Qonsales,
Kristiano Biragi, İngiltərənin "Vest Hem" klubundan Deklan Rays və
Niderlandın AZ komandasından Ticani Reynders namizəddir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytına səsvermə yolu ilə bəlli olacaq.