8 may 2026. Cümə

Krivotsyukun komandası doğma meydanda xalsız qaldı


Krivotsyukun komandası doğma meydanda xalsız qaldı
Futbol üzrə Cənubi Koreya Çempionatında 14-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Daoqu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
“Daejeon” hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı