- Xəbər news
- 22:11 05.12.2025
Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" bu tur evdə "Okjetpes"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Start heyətdə meydana çıxan Emil qapısını toxunulmaz saxlaya bilib.
Qeyd edək ki, "Astana"nın uduzmasından sonra "Tobol" bu qələbə sayəsində liderlə xallarının sayını bərabərləşdirib. Hazırda hər iki komandanın 35 xalı var.