5 dekabr 2025. Cümə

Dadaşovun komandası Sürix'lə bacarmadı


Dadaşovun komandası Sürix'lə bacarmadı
Futbol üzrə İsveçrə çempionatında 34-cü turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Sürix"in qonağı olub. Futbolçumuzun komandası bu oyundn məğlubiyyətə üzülüb - 1:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb.
 
“Qrasshopper” 34 turdan sonra 43 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.






Xəbər news