6 dekabr 2025. Şənbə

Argentina növbəti mərhələdə


Argentina növbəti mərhələdə

Amerika kubokunda 3-cü turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, artıq B qrupunda da mübarizəyə yekun vurulub. Son turda Qətər millisini 2:0 hesabı ilə məğlub edən Argentina millisi 4 xalla qrupda 2-ci pilləni tutaraq, adını "pley-off"a yazdırıb və Venesuelaya rəqib olub.

Digər oyunda isə Paraqvaya minimal hesabla qalib gələn Kolumbiya millisi maksimum nəticə ilə növbəti mərhələyə yüksəlib. Onların "pley-off"dakı rəqibi isə hələ məlum deyil.

Amerika kuboku

B qrupu, 3-cü tur

23 iyun

Qətər - Argentina - 0:2
Qollar:
 L. Martines, 4, S. Aquero, 82

Kolumbiya - Paraqvay - 1:0
Qol:
 Q. Kuelya, 31

Qeyd edək ki, daha əvvəl A qrupunda mübarizə aparan Braziliya və Venesuela yığmaları növbəti mərhələyə vəsiqəni təmin edib.







Xəbər news