29 noyabr 2023. Çərşənbə

“Qarabağ”dan yeni tərəfdaşlıq müqaviləsi


“Qarabağ”dan yeni tərəfdaşlıq müqaviləsi
“Qarabağ” klubu bu gün yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.

Corner.az xəbər verir ki, “Sirab” şirkəti ilə “Qarabağ” arazında əməkdaşlıq anlaşmasına qol çəkilib.
 
Ağdam klubunu imzalanma mərasimində idman direktoru Emrah Çelikel, “Sirab”ı isə şirkətin CEO-su Alper Yaycılı təmsil edib.
 
Yaycılı bildirib ki, hər zaman “Qarabağ”ın yanında olublar və klublar fəxr ediblər.
 
Çelikel isə deyib ki, “Sirab”la əməkdaşlıqları əslində 2018-ci ildən başlayıb. Klub rəsmisi bildirib ki, daha əvvəl başqa sulardan da istifadə ediblər, amma nə məşqçilər, nə futbolçular həmin suları “Sirab” qədər bəyənməyiblər.
 
Tərəflər arasındakı müqavilənin müddəti 1 ili əhatə edəcək.



Xəbər news

AFFA məşqçi kursu təşkil edir
  • Xəbər news
  • 11:15 28.11.2023
AFFA məşqçi kursu təşkil edir
Ən yaxşı 10 qapıçı - SİYAHI
  • Xəbər news
  • 13:38 18.11.2023
Ən yaxşı 10 qapıçı - SİYAHI