23 oktyabr 2024. Çərşənbə

Lionel Messi vida oyununda iştirak edəcək


Lionel Messi vida oyununda iştirak edəcək

“Barselona” klubunun sabiq futbolçusu Xuan Rikelme vida oyunu keçirəcək.

Corner.az xəbər verir ki, sözügedən matçdan bir gün öncə Rikelmenin 45 yaşı tamam olacaq.

Komandalardan birinə məşqçi Karlos Byanki rəhbərlik edəcək.

Oyunda PSJ-nin hücumçusu Lionel Messi, “Yuventus”un oyunçuları Anxel Di Mariya, Leandro Paredes və həmçinin Rikelmenin sabiq komanda yoldaşları da çıxış edəcəklər.

Qeyd edək ki, sabiq yarımmüdafiəçi 2015-ci ildə peşəkar karyerasını başa vurub.







Xəbər news