22 oktyabr 2024. Çərşənbə axşamı

“Qan ver, həyat xilas et!” – Gənclər və İdman Nazirliyindən xeyirxah addım


“Qan ver, həyat xilas et!” – Gənclər və İdman Nazirliyindən xeyirxah addım

Mayın 27-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilir.

Corner.az xəbər verir ki, Bakı Biznes Mərkəzində saat 17:00-dək baş tutacaq aksiyada Gənclər və idman Nazirliyinin rəhbərliyi və kollektivi, idmançılar, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilir. Aksiyada 500-ə yaxın donorun qan verməsi planlaşdırılır.

Aksiya eyni zamanda Mərkəzi Qan Bankının region bölmələrində (Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Quba, Sumqayıt və Lənkəran) keçirilir.







Xəbər news