23 oktyabr 2024. Çərşənbə

Çempionlar Liqasında heç bir rəqibdən qorxmuruq


Çempionlar Liqasında heç bir rəqibdən qorxmuruq
“Titul qazandığımıza görə çox xoşbəxtik. Avrokuboklarda da yaxşı çıxış etdik. Avropada bəzi komandalar “Qarabağ”dan qorxurlar”.
 
Corner.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç jurnalistlərə açıqlamasında deyib.
 
Monteneqrolu müdafiəçi performansından razı olduğunu bildirib: “Təbii ki, performansımdan razıyam. Əsasən də, mövsümün ilk yarısındakı çıxışımdan. Amma bilirəm ki, daha yaxşı ola bilərəm. Onu etməyə çalışacağam”.
 
32 yaşlı futbolçu komandanın Çempionlar Liqasında çətin rəqiblərlə qarşılaşacaqlarını vurğulayıb: “Çox çətin komandalarla qarşılaşacağıq. İndidən dəqiq nəsə demək çətindir. Ancaq bəzi komandalardan xəbərim var. Rumıniya, Polşa kimi ölkələrin çempionları yer alıblar. Onlara qarşı yaxşı hazırlaşmaq lazımdır. Keçən mövsüm hər raundda bizə ən ağır rəqiblər düşürdü. Çempionlar Liqasının qrupuna düşmək yolu çox çətin idi. Amma biz heç kimdən qorxmuruq, Çempionlar Liqasında bütün rəqiblərə qarşı oynayacağıq”.
 
Təcrübəli oyunçu heç bir komandadan çəkinmədiklərini də istisna etməyib: “Biz hər bir komandanı məğlub edə bilərik. Bunu da göstərmişik. Ona görə deyirəm ki, heç kimdən qorxmuruq. Amma keçən il Çempionlar Liqasının qrupuna düşmək üçün ağır yol getdik. Fikirləşirəm ki, bu dəfə bizə yüngül olar. Püşkatmanın necə olacağı çox maraqlıdır. Ona görə deyirəm ki, hansı rəqib düşsə, oynayacağıq. Daha da yaxşı olmaq istəyiriksə, bundan uğurlu çıxış etməliyik. Çünki potensialımız var”.






Xəbər news