1 noyabr 2024. Cümə

Qərbi Azərbaycan İcmasının BMT-yə ünvanlandığı məktub belə yayılıb


Qərbi Azərbaycan İcmasının BMT-yə ünvanlandığı məktub belə yayılıb

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT missiyası göndərməyi xahiş etmişdi. BMT-nin Katibliyi həmin müraciəti Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İqtisadi və Sosial Şuranın gündəliyinin münaqişələrin önlənməsi, sülhün qorunması, insan haqları, qaçqınlar mövzusuna dair bəndləri altında BMT-nin rəsmi sənədi kimi yayıb.
Corner.az AZƏRTAC-a istinadən məlumat verir ki, İcma öz müraciətində BMT idarələrarası missiyasının təhlükəsizlik, repatriasiya, reinteqrasiya, mülkiyyət hüquqları, mədəni irs mövzuları daxil olmaqla müfəssəl mandatla təşkil olunmasını xahiş etmişdi. Bu müraciətin BMT sənədi kimi yayılması BMT-nin əsas orqanları və ixtisaslı qurumlarının, eləcə də katibliyinin müvafiq departamentlərinin Qərbi Azərbaycan mövzusu ilə predmetli şəkildə məşğul olmaları və Qərbi Azərbaycan İcması ilə strukturlu dialoqun önünü açır.

Qeyd edək ki, İcma Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq hüququn təmin edilməsi mövzusu üzrə BMT-nin müvafiq qurumları ilə təmasdadır.
İcma inanır ki, həmin əhali qrupunun geri qayıtma hüququnun təmin olunması BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinin, İnsan Hüquqları üzrə Bəyannamənin və digər universal insan haqları sənədlərinin yerinə yetirilməsinə və bölgədə davamlı sülhün bərqərar edilməsinə mühüm töhfə olacaq.







Xəbər news