- Xəbər news
- 15:12 27.11.2025
Fransanın PSJ klubunun futbolçusu Serxio Riko atdan yıxılaraq başından xəsarət alıb.
Corner.az xəbər verir ki, hadisə qapıçının İspaniyada istirahətdə olduğu vaxt yaşanıb.
Futbolçu helikopterlə Sevilya xəstəxanasına aparılıb. Kəllə-beyin travması diaqnozu qoyulan Rikonun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Serxio Riko 2019-cu ildən PSJ-nin formasını geyinir.