12 aprel 2026. Bazar günü

"Benfika” Portuqaliya çempionu oldu


"Benfika” Portuqaliya çempionu oldu
Portuqaliyada 2022/23 mövsümünün çempionu bəlli olub.
 
Corner.az xəbər verir ki, "Benfika" mövsümün son turunda “Santa Klara" ilə üz-üzə gəlib və 3:0 hesablı qələbə qazanıb.
 
Ümumilikdə, "Benfika" mövsüm ərzində 28 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə 87 xal toplayıb. Bununla da onlar "Portu"nu 2 xal qabaqlayaraq çempion adını qazanıblar.
 
Komanda son dəfə 4 il əvvəl öklə çempionu olmuşdu. Ümumilikdə isə bu, "Benfika"nın tarixində 38-ci çempionluqdur.






Xəbər news