6 dekabr 2025. Şənbə

Qarabağ Rumıniya klubu ilə bacarmadı


Qarabağ Rumıniya klubu ilə bacarmadı

Qarabağ Avstriyada təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

Corner.az-ın məlumatına görə, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.

25 iyun
Yoxlama oyunu
"Qarabağ" 0-0 "Krayova" 







Xəbər news