- Xəbər news
- 22:34 14.11.2024
PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının 4-cü turunda "Napoli" ilə oyundan (1:1) sonra baş hakim Byörn Kuypersi tənqid edib.
Corner.az Qol.az-a istinadən yaydığı xəbərə görə, o, Kuypersi oyunçulara hörmət etməməkdə günahlandırıb:
"Hakim bu gün çox səhv etdi. Amma ən çox onun meydanda mənə müraciət formasına əsəbləşdim. Onun dedikləri hörmətsizlik idi. Bun görə öz-özümə nəzarəti bir az itirdim. Matç zamanı onun səhvləri məni həyəcanlandırmırdı. Hakim də insandır və başqaları kimi səhv edə bilər. Amma Kuypersin oyunçulara münasibəti məni həqqətən də əsəbiləşdirdi. Hakim oyunçulara hörmət etməli,onda fit və vərəqə olduğu üçün hər kəsdən üstün olduğunu düşünməməlidir. Ümid edirəm ki, bununla bağlı lazımi addımlar atılacaq".