6 dekabr 2025. Şənbə

Rusiya Premyer Liqasında yeni limit - "8+17"


Rusiya Premyer Liqasında yeni limit - "8+17"
Rusiya Premyer Liqasında legioner limiti ilə bağlı dəyişiklik təsdiqlənib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Yeni qaydaya əsasən, 2020-2021 mövsümündən etibarən limit "8+17" olacaq. Yəni, klublar 25 nəfərlik sifariş ərizəsində maksimum 8 əcnəbi oyunçunun adını qeyd edə bilərlər. Meydana çıxan legionerlərə isə heç bir məhdudiyyət qoyulmayacaq. Onların 8-i də eyni anda meydançada ola biləcəklər.

Qeyd edək ki, 2019-2020 mövsümündə isə limit əvvəlki illərdə olduğu kimi qalacaq - "6+5". Yəni, eyni vaxtda meydana yalnız 6 legioner futbolçu çıxa biləcək.





Xəbər news