1 fevral 2026. Bazar günü

Neftçi'nin oyunu yarımçıq dayandırıldı


Neftçi'nin oyunu yarımçıq dayandırıldı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün qardaş ölkədə növbəti yoxlama oyuna çıxıb.

Corner.az-ın məlumatına görə, paytaxt təmsilçisi ikinci sınağında Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşıb. Ancaq "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasında keçirilən görüş yarımçıq qalıb. Oyun 11-ci dəqiqədə güclü duman səbəbindən yarımçıq dayandırılıb.

Qeyd edək ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO