İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq. 90deqiqe.Az isə bu gündən sizə “Qərbi Azərbaycan İdmanı” bölməsində Qərbi Azərbaycan idmançılarını tanıdacaq. İlk tanıdacağımız idmançı Cəfərov Fəxri Faiq oğludur. O, 26 yanvar, 1980-ci ildə Xanlar rayonunda( indiki Göygöl rayonu) anadan olub. Orta təhsilini də Göygöl rayonunda alıb. 2020-ci ildən isə Göygöl rayon “İrəvan” idman klubunun direktor vəzifəsində çalışır. Fəxri Cəfərov 1990-cı ildə taekvondo ilə məşğul olmağa başlayıb. 1995-ci ildə Sankt-Peterburq şəhərinə gedib. 1996-cı ildə taekvondo üzrə gənclər arasında Rusiya çempionu. 1997-ci ildə Kontakt Karate idman növü üzrə Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq turnirdə 1-ci yer, 1998-ci ildə isə taekvondo üzrə Rusiya çempionu olub. 1998-ci ilin sonunda o, Bakıyq qayıdır və qara kəmər ustası taekvondo Federasiyasının sabiq prezidenti mərhum Süleyman Məmmədlinin yanında məşqçilik təcrübəsini artırmağa davam edib. Bir il sonra isə o, Göygölə qayıdır. Qeyd edək ki, Fəxri Cəfərov Taekvon-Do İTF idman növü üzrə baş məşqçi və 3-cü dan qara kəmər sahibidir. 2022-ci il oktyabır ayında Qlobal Dünya Hapkido Asosasiyasının prezidenti HE KWAN LEE nin Bakı şəhərində keçirdiyi seminarda iştirak edib və məşqçi müəllim sertifikatını alıb. 2003-cü ildən 2023-cü ilədək Daxili İşlər Nazirliyinin Göygöl rayon polis şöbəsində polis baş serjantı vəzifəsində çalışıb. Hazırda isə təqaüddədir. Fəxri Cəfərovun uğurlarını qısaca olaraq belə təqdim edə bilərik: 1996-ci il Gənclər arasında Rusiya çempionu 1-ci yer 1997-ci il Kontakt Karete Rusiya Beynəlxalq Turnir 1-ci yer 1998-ci il Böyüklər arasında Rusiya çempionu 1-ci yer