18 oktyabr 2024. Cümə

Dəfələrlə avropa çempionu olan qərbi azərbaycanlı kikboksçu kimdir?


Dəfələrlə avropa çempionu olan qərbi azərbaycanlı kikboksçu kimdir?
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.     90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi kikboksçu Abdullayev Musa Zakir oğlu ilə tanış edəcək.    Abdullayev Musa Zakir oğlu 8 fevral, 1982-ci ildə Ermənistanın Quqark rayonunun Hallavar kəndində anadan olub.    Abdullayev Musa hərbi xidmətdə olarkən Silahlı Qüvvələrin boks üzrə Respublika birinciliyinin qalibi olub.   O, 1994-cü ildən etibarən idmanın əlbəyağa döyüş növləri ilə məşğul olmağa başlayır. Daha sonra 2000, 2001 və 2003-cü illərdə kikboksinq üzrə üçqat Azərbaycan çempionu olur.    Həmin dövrlərdə bu çempionluqlarla yetinməyən Musa Abdullayev 2000-ci ildə dünya kubokunun sahibi, müxtəlif illərdə isə dəfələrlə Avropa, dünya çempionu və beynəlxalq yarışların qalibi və mükafatçısı olub.     

   





Xəbər news