21 mart 2026. Şənbə

Yarışlardan medalsız dönməyən qərbi azərbaycanlı boksçu - CAVİD ÇƏLƏBİYEV


Yarışlardan medalsız dönməyən qərbi azərbaycanlı boksçu - CAVİD ÇƏLƏBİYEV
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.     90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi boksçu Çələbiyev Cavid Namiq oğlu oğlu ilə tanış edəcək.    Çələbiyev Cavid Namiq oğlu 17 may 1992-ci ildə ildə Qəbələ rayonunda anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır.  Cavid Çələbiyev boks idman növü ilə 2000-ci ildə, yəni səkkiz yaşından etibarən məşğul olmağa başlayıb. Azərbaycan Respublikasının Əməkdar məşqçisi Yadigar Məmmədov onun fərdi məşqçisi olub.   Cavid 2011-ci ildə kişilər arasında respublika çempionu olub. Elə həmin ildə Rusiyanın Surqut şəhərində keçirilən neft ölkələrinin dünya kubokunun sahibi olub.    Daha sonra, 2012-ci ildə Rusiyanın Kalinqrad şəhərində keçirilən 19-22 yaşlıların Avropa çempionatında bürünc medal, 2012-ci ildə Bakı şəhərində keçirilən Tələbələrin Universiadasında gümüş medal qazanıb.   Cavid Çələbiyevin uğurları illər keçdikcə ənənə halını almağa başlayıb. Belə ki, 2013-cü ildə Almatıda keçirilən dünya çempionatında qızıl medal qazanıb.    2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarını da medalsız bitirməyib. O, bu dəfə də yarışı qızıl medalla tamamlayıb.   





Xəbər news