18 oktyabr 2024. Cümə

Qara kəmər ustası Cavid Əsgərov kimdir?


Qara kəmər ustası Cavid Əsgərov kimdir?
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.     90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi karateçi Əsgərov Cavid Ruslan oğlu ilə tanış edəcəyik.   O, 1976-cı il 7 iyunda Qəribi Azərbaycanın  Göyçə mahalının Zod kəndində anadan olub.    7 yaşında Zod kəndində məktəbə gedib. Daha sonra, yəni 1988 -ci ildə məlum hadisələrlə bağlı Göygöl şəhərinə gəlib. Və burda təhsilini 4 saylı orta  məktəbdə davam etdirib. 1993-cü ildə orta məktəbi bitirib.    Əsgərov Cavid 1992-93 -cü illərdən Karate ilə məşgul olmağa başlayıb. Daha sonra Hərbi xidmətdə olub. Hərbi Xidmətini bitirdikdən sonra isə idman karyerasını davam etdirib.    O, 1999-cu ildən Göygöl Aşihara Karate klubunu təsis edərək idmançı və məşqçi kimi fəaliyyətini davam etdirib.    5 il sonra isə Respublika çempionatında 2-ci yerə layiq görülüb. 2005-ci ildə Gürcüstanın Tiblisi şəhərinə Azərbaycan-Gürcüstan komandalar arası yarışda qalib olub. Elə həmin ildə Dünya Aşihara Karate Federasiyasının əməkdaşı Pio Loken tərəfindən keçirilən imtahanda Qara kəmər 1-ci dan usdası adına layiq görülüb.    2005-ci ilin Dekabır ayında keçirilən Respublika çempionatında 1-ci yerə layiq görülərək çempion adını qazanıb.    2006 və 2010-cu illərdə Danimarkanın Viborq şəhərinə keçirilən Dünya çempionatında 3-cü yerə layiq görülüb. Hazırda Aşihar Karate klubunun məşqçi və rəhbəri kimi fəaliyyətini davam etdirir.    Əsgərov Cavidin idmandakı uğurların qısaca belə təqdim edə bilərik:    2004-cü ildə Respublika çempionatında 2-ci yer.    2005-ci ildə Gürcüstanın Tiblisi şəhərinə Azərbaycan-Gürcüstan komandalar arası yarışda qalib olmuşdur.    2005-ci ildə Dekabır ayında keçirilən Respublika çempionatında 1-ci yer. 2006 və 2010-cu illərdə Danimarkanın Viborq şəhərinə keçirilən Dünya çempionatında 3-cü yer.    

 





Xəbər news