8 sentyabr 2024. Bazar günü

İkiqat dünya çempionu, pauerlifter - Ələddin Əliyev


İkiqat dünya çempionu, pauerlifter - Ələddin Əliyev
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.     90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi pauerlifter Ələddin Əliyevlə tanış edəcək.    Əliyev Ələddin Məhəmməd oğlu  6 dekabr 1974-cü ildə, Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. Məktəbə də 1982-ci ildə həmin kənddə gedib. 1988-ci ildə isə əvvəlcə Bərdədə sonra isə Bakıda məskunlaşıb.   1993-cü ildə "Həkəri" ordu idman klubunda xidmət etmişdir. O, xidmət zamanı pauerliftinq idman növü ilə məşğul olub. 1998-ci ildən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti vəzifəsində çalışır. O, 1996-cı ildə  Avropa və 1998-ci ildə isə Dünya çempionu olub.     O, həmçinin 1998-ci ildə DİN Abşeron Rayon Polis Şöbəsində çalışıb. Bir il sonra isə Polis Akademiyasına daxil olub və akademiyanı 2004-cü ildə bitirib. Bundan sonra o Çevik Polis Alayının baş inspektoru vəzifəsində də işləyib.   Ələddin Əliyev 5 sentyabr 2009-cu ildə Dünya Pauerliftinq Konqresinin prezidenti Mayk Sviney ilə görüşüb. 2011-ci ilin noyabrında Latviyanın paytaxtı Riqada Beynəlxalq federasiya WPC-nin yaranmasının 30-cu ilində təşkil olunan yarış zamanı Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevi qurumun işindəki aktiv fəaliyyətinə görə xüsusi qızıl medalla təltif edib.   Qeyd edək ki, Ələddin Əliyev  ikiqat dünya və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası və hakimdir.   Pauerlifter Ələddin Əliyevin uğurlarını qısa şəildə belə təqdim edə bilərik:   1995-ci il. ABŞ-da 3-cü yer.   1996-cı il. İtaliyada 1-ci yer tutaraq Avropa çempionu   1996-cı il. Cənubi Afrikada keçirilən Dünya çempionatında 3-cü yer   1997-ci il. Avstriyada keçirilən Avropa çempionatında 2-ci yer   1998-ci il. Böyük Britaniyada və ABŞ-da Avropa və Dünya çempionu      





Xəbər news

Təbrik
  • Xəbər news
  • 02:49 02.09.2024
Təbrik