24 noyabr 2024. Bazar günü

“Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda görüş keçirilib


“Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda görüş keçirilib

Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda İcmanın Gənclər Birliyinin ASAN könüllüləri ilə görüşü keçirilib.

İcmanın mətbuat xidmətindən Corner.az-a bildiriblər ki, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq İcma haqqında, təşkilatın məqsədi, hədəf və vəzifələri barədə məlumat verib, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşdə səsləndirdiyi fikirlərin İcmanın yol xəritəsinə çevrildiyini bildirib.

Qayıdış Konsepsiyası barədə danışan Ə.Ələkbərli vurğulayıb ki, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə təmin edilməsi əsas şərtdir.

Sonra Qərbi Azərbaycan İcması Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov çıxış edərək, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında gənclərin rolunun önəmli olduğunu, çıxış etdikləri bütün platformalarda bu barədə məlumat vermələrinin vacibliyini vurğulayıb. Ramin Məmmədov beynəlxalq təşkilatların Qərbi Azərbaycan İcmasının müraciətlərinə verdiyi cavabları, İcmanın müraciətləri və Qayıdış Konsepsiyasının dörd dəfə BMT sənədi kimi yayılmasını xüsusi qeyd edib.

İcmanın Gənclər Birliyi sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov təqdimatla çıxış edərək, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın pozulan hüquqlarından, onların geri qayıdışı ilə bağlı Qayıdış Konsepsiyasında cızılan konturlardan danışıb. Bildirilib ki, Qərbi Azərbaycanlıların geri qayıdış hüququ beynəlxalq hüquqla bağlı bütün sənədlərdə öz əksini tapan prinsiplərə söykənir və bu qayıdış bölgədə sülhün dayanıqlı olmasına mühüm töhfəsini vermiş olar.

"ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova bildirib ki, Qərbi Azərbaycan ümummilli məsələdir və bu gün gənclərimizin bu istiqamətdə olan marağı böyükdür. Vurğulanıb ki, gənclər soydaşlarımızın öz torpaqlarına geri qayıdışı, onların tapdanan hüquqlarının bərpası prosessində fəal rol oynamağı öz mənəvi borcu bilir və buna can atırlar.

Görüşdə ASAN könüllüləri Səbinə Hüseynova, Nuray Aslanova, Könül Məlikova, Gülsarə Bağırova, Səma Tağızadə, Aytən Ələkbərli və Aysu Rəsulovanın İcma rəsmilərinə ünvanladıqları suallar cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.








Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir