Yanvar ayında Türkiyə "Beşiktaş"ını İngiltərə "Mançester Yunayted"inə dəyişən Vout Veghorst komanda da zəif çıxış etdiyini etiraf edib.
Corner.az xəbər verir ki, niderland futbolçu icarə əsasında çıxış etdiyi "qırmızı şeytanlar"da 30 matçda cəmi 2 qola imza ata bilib.
30 yaşlı forvard İngiltərə Kubokunun finalında daha yaxşı çıxış edərək komanda da qalmaq istədiyini də bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” bu gün İngiltərə Kubokunun finalında “Mançester Siti”lə qarşılaşacaq