- Xəbər news
- 22:34 14.11.2024
"Qalatasaray"ın İdarə Heyətinin üzvü Emin İmanov “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişində açıqlamalar verib.
Corner.az xəbər verir ki, İmanov Super Liqada 23-cü çempionluğunu qeyd edən "Qalatasaray"ın mart ayında qardaşlaşmış olduğu “Qarabağ” klubu ilə Azərbaycanda birgə futbol akademiyası açacaqlarını bildirib.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda baş tutan xeyriyyə xarakterli yoldaşlıq görüşündə İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.Daha sonra “Qarabağ”la “Qalatasaray” mart ayında qardaşlaşmış klublar olduğunu açıqlamışdılar.
Əlavə edək ki, “Qalatasaray” mayın 30-da səfərdə “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gəldikdən sonra bu mövsüm çempionluğu rəsmiləşdirib.