Portuqaliyalı superulduz Kriştiano Ronaldo'nun Sinqapurda olmasının səbəbi məlum olub.
Corner.az xəbər verir ki, Ronaldo milyarder dostu Peter Limin rəhbərlik etdiyi xeyriyyə təşəbbüslərini dəstəklədiyi üçün Sinqapura gedib..
Təcrübəli forvard, ölkədəki uşaqlarla söhbət edir və əsasən tennis və 'Squash'ın qarışığı olan 'Padel' raket idmanını oynadı.
Qeyd edək ki, Ronaldo uğursuz bir mövsüm keçirdiyi Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda Pro Liqa çempionluq şansını əldən verdi.
38 yaşlı futbolçunun Səudiyyə Ərəbistanında qalacağı və klublarla əlaqələrinə baxmayaraq, Avropaya qayıtmaq fikrindən daşındığı bildirilib.
Bildirək ki, Portuqaliyalı ulduzun "Bavariya"ya transferi ilə bağlı iddialar da yayılmışdı.