24 noyabr 2024. Bazar günü

Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoq çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim edib


Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoq çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim edib

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcmasının müraciətinə cavab olaraq, UNESCO-nun indiki Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin qorunması məsələsinin təşkilatın mandatına daxil olduğunu təsdiq etməsi ilə bu sahədə İcma və UNESCO arasında dialoq başlayıb.

İcmadan Corner.az-a bildiriblər ki, bu müstəvidə İcma dialoq tərəfdaşı kimi UNESCO qarşısında bir neçə konkret məsələ qaldırıb.

İcma indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsi məsələsini bir daha qaldırmış, Ermənistan hökumətinin İrəvan şəhərinin Təpəbaşı məhəlləsini dağıtması ilə əlaqədar olaraq bu məsələnin xüsusilə aktual və təcili xarakter aldığını bildirmişdir. Qeyd edək ki, Ermənistanda salamat qalmış azsaylı Azərbaycan irsi nümununələrindən olan bu məhəllənin dağıdılması ilə tariximizin, mədəniyyətimizin əhəmiyyətli bir hissəsi dönməz şəkildə yer üzündən silinmiş olacaq.

Bundan əlavə, davamlı inkişaf və sülhün mənbəyi kimi mədəni irsin qorunması yanaşmasını bölüşən təşkilatımız bu sahədə icmalara böyük rol tanıyan müvafiq beynəlxalq konvensiyalarda da nəzərdə tutulduğu kimi, qabiliyyət quruculuğu sahəsində UNESCO-nun praktik yardımlarını xahiş etmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət edən İcma olaraq, biz potensialın artırılması sahəsində UNESCO-nun proqramlarından faydalanmaqla mədəni irsin qorunmasına daha artıq töhfə verəcəyimizə inanırıq.

Nəhayət, biz UNESCO rəhbərliyindən mədəni irsimiz ilə bağlı üzv dövlətləri məlumatlandırmağı və bu məsələni UNESCO-nun müvafiq hesabatlarına daxil etməyi xahiş etmişik. Biz hesab edirik ki, UNESCO strukturlarının Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı beynəlxalq məlumatlılığı artırması üzv dövlətləri sözügedən irsin qorunması istiqamətində və ən əsası Ermənistanı destruktiv addımlardan çəkindirmək üçün effektiv addımlar atmağa təşviq edər.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir