- Xəbər news
- 22:11 05.12.2025
İtaliyalı futbolçu Mario Balotelli "İnstaqram" hesabında maraqlı paylaşım edib.
Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu sözləri və musiqisi Əsgər Osmanova aid olan və Alicanın ifa etdiyi "Yandım, ay aman" mahnısını "düşüncələr..." başlığı ilə sosial şəbəkə hesabında (https://www.instagram.com/p/BzAy7EvIa6I/) paylaşıb. Futbolçunun bu addımından sonra bir çox azərbaycanlı istifadəçi ona öz təşəkkürünü bildirib, bəziləri isə onu Azərbaycana dəvət edib. Şərhlər arasında "Come to "Qarabağ" və "Come to "Sabail" yazanlar da var.
Qeyd edək ki, mövsümün sonunda "Marseille"dən ayrılan Balotelli hələ də klubsuzdur. Onun "İnstaqram"da 8,8 milyon izləyicisi var.