- Xəbər news
- 22:34 14.11.2024
Futbol veteranı Kazbek Tuayev vəzifəsindən azad olunub.
Corner.az saytının məlumatına görə, bu haqda o, qol.az-a ünvanladığı müraciətində bildirib.
Tuayev gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlari Uşaq Gənclər Futbol Məktəbinin direktoru vəzifəsindən azad olunduğunu bildirib.
K.Tuayev bununla əlaqədar ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. O, iddia edib ki, may ayında Gənclər və İdman Nazirliyi tərəfindən vəzifəsindən getməklə bağlı ərizə yazmağa məcbur edilib.
Bu tələbi yerinə yetirməkdən imtina etdiyini deyən 82 yaşlı futbol veteranı iyunun 5-də gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən azad olunduğunu bildirib. O, yaşının çoxluğu ilə əlaqədar verilən bu qərarı qanunsuz adlandırıb və buna hüquqi qiymət verilməsini xahiş edib.