23 oktyabr 2024. Çərşənbə

Braziliyalı evli futbolçu hansı modellə eşq yaşayır?


Braziliyalı evli futbolçu hansı modellə eşq yaşayır?
Braziiyalı futbolçunun modellə uzun müddətdir münasibət yaşadığı deyilir.

Corner.az xəbər verir ki, "Mançester Yunayted"in braziliyalı futbolçusu Kazemiro bir modellə beş illik münasibətdə olduğu iddia edilsə də, həyat yoldaşı bunu qəti şəkildə inkar edir.

Bu barədə braziliyalı jurnalist Leo Dias məlumat yayıb. Onun sözlərinə görə, 31 yaşlı oyunçu Sinttya Ramos adlı modellə gizli eşq həyatı yaşayır. Jurnalist hətta ikisi arasında mesajların göründüyü iddia edilən skrinşot da yayımlayıb. 

Qeyd edək ki, paylaşımda ManU ulduzu ilə model arasındakı münasibətin beş il davam etdiyi və 2022-ci ildə bitdiyi qeyd edilib.






Xəbər news