31 yanvar 2026. Şənbə

Ronaldo rəmzi komandada yer almadı


Ronaldo rəmzi komandada yer almadı
Səudiyyə Ərəbistanı çempionatının mətbuat xidməti 2022/2023  mövsümünün rəmzi komandasını təqdim edib. 

Corner.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilk 11-liyə daxil edilməyib.
 
Qapıçı: Qroye ("Əl-İttihad")

Müdafiəçilər: Konan ("Əl-Nəsr"), Şarahili, Heqazi, Əl-Olayyan (hamısı "Əl-İttihad")

Yarımmüdafiəçilər: Qustavo ("Əl-Nəsr"), Romarinyo ("Əl-İttihad"), Qamarra ("Əl-Taavun")

Hücumçular: Əl-Breykan ("Əl-Fateh"), İqalo ("Əl-Hilal"), Batna ("Əl-Fateh").

2022-ci ilin dekabrında "Əl-Nəsr"ə transfer olunan Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanı Premyer Liqasında 16 oyuna çıxıb, 14 qol vurub və 2 qolun ötürməsini verib.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO