14 dekabr 2025. Bazar günü

Gec, ya tez, Barcelona'ya qayıdacam, amma ... - Qvardiola


Gec, ya tez, Barcelona'ya qayıdacam, amma ... - Qvardiola

“Manchester City”nin baş məşqçisi Pep Qvardiola "Barcelona"nın prezidenti olacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bunların yalnız şaiyə olduğunu, belə bir istəyinin olmadığını bildirib:“Gec, ya tez, “Barcelona”ya qayıdacam, amma prezident olaraq deyil. Bunu unudun. Prezident olmaq üçün fərqli xüsusiyyətlərə sahib olmalısız. Mən sadəcə yaxşı bir məşqçi olmağa çalışıram".


Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb.







Xəbər news