- Xəbər news
- 12:59 04.12.2024
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi yarımmüdafiəçi Ramazan Abbasovla tanış edəcək.
O, 22 sentyabr 1983-cü ildə İcevan rayonunun Salah kəndində anadan olub. Ramazan Abbasov "Bakı", "Göyçə", "Rəvan", AZAL kimi klublarda oynayıb.
Hətta o, 2008-ci ildə "Bakı" klubunda olarkən belə bir müsahibə verib:
"Oynamaq üçün gərək hazırlığım məşqçini qane etsin. Hər halda bu gün mənim fiziki durumum baş məşqçi Coko Haciyevskini razı salmır. Buna görə də mənə oyunlarda güvənmir. Buna baxmayaraq, mən klub rəhbərliyindən və məşqçilərdən razıyam. Komandamı dəyişmək fikirim də yoxdur”.
2001/02 mövsümündə “Dinamo-Bakılı”nın (indiki “Bakı”) heyətində debüt edən Abbasov 7 klubun formasını geyindiyi 14 mövsümdə 21 qola imza atıb. 250 qarşılaşmadan 80-ni “Rəvan”da keçirən Ramazan klub tarixinin Premyer Liqada ən çox oyun keçirən futbolçusudur. Ramazan cari mövsümdə 250-yə çatan ikinci futbolçudur. Ona qədər komanda yoldaşı Cəmşid Məhərrəmov da buna nail olmuşdu. Ümumilikdə isə ölkə çempionatları tarixində 45 oyunçu 250 və ya daha çox qarşılaşmada iştirak edib.
Qeyd edək ki, 2016-cı ildə isə o, "Rəvan"ın kapitanı olaraq, "Sumqayıt"la qarşılaşmada "Rəvan" klubunda 100-cü oyununu keçirib.
Yarımmüdafiəçi 2011/12 mövsümündə 31 (3 qol), 2012/13 mövsümündə 14 (1 qol), 2013/14 mövsümündə 25 (3 qol), cari çempionatda 30 (3 qol) qarşılaşmada “sarı-qırmızılar”ın formasını geyinib.
Ramazan Abbasov 2016-cı ilin avqust ayında isə AZAL-la bir illik müqavilə imzalayıb.