31 yanvar 2026. Şənbə

"2-3 il daha futbol oynamaq istəyirəm"


"2-3 il daha futbol oynamaq istəyirəm"
“Əl Nassr”ın ulduzu Kriştiano Ronaldo hələ yaşıl meydanlarla vidalaşmaq niyyətində deyil.

Corner.az xəbər verir ki, hazırda karyerasını Səudiyyə Ərəbistanında davam etdirən superulduz gələcəyi ilə bağlı açıqlamalar verib. 38 yaşlı portuqaliyalı hələlik yaşıl meydanlarla vidalaşmaq fikrində olmadığını vurğulayıb. Ronaldo gələcəkdə futbol klubu almağı planlaşdırdığını da bildirib.

"Karyeramı hələ başa vurmağı düşünmürəm. Ən azı 2-3 il daha futbol oynamaq istəyirəm. Gələcəkdə bir komandaya sahib olmaq istəyirəm"

Kriştiano Ronaldo sabiq komanda yoldaşı Kərim Benzemanın "Əl İttihad"a transferini bu sözlərlə dəyərləndirib: "Benzemanın Səudiyyə Ərəbistanına gələcəyini bilirdim. Buraya ulduz futbolçuların gələcəyini demişdim. Səudiyyə Ərəbistanı liqası dünyada ilk 5 liqa arasında girəcək."

Qeyd edək ki, ulduz futbolçu bu mövsüm "Əl Nassr" forması ilə bütün oyunlarda daxil olmaqla 19 matça çıxıb, 14 qol vurub və iki məhsuldar ötürmə edib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO