8 dekabr 2023. Cümə

Messinin transferi "İnter Mayami"yə beş milyon izləyici gətirdi


Messinin transferi "İnter Mayami"yə beş milyon izləyici gətirdi
ABŞ-ın "İnter Mayami" klubu Lionel Messinin transferindən sonra bir neçə saat ərzində "İnstaqram" izləyicilərinin sayını dörd dəfə artırıb.

Corner.az xəbər verir ki, MLS klubu “İnter Mayami” ötən gün argentinalı hücumçunun transferini rəsmən açıqladı.

Argentinalı superulduz PSJ ilə müqaviləsini uzatmaqdan imtina etdikdən sonra azad agent kimi "İnter Mayami"yə keçib. Bu transferdən sonra İngilis əfsanəvi Devid Bekhemin sahib olduğu "İnter Mayami", bu elandan 24 saat az bir müddətdə klub rəsmi “Instagram” hesabı 4,5 milyonu keçib.

Qeyd edək ki, Messi 2021-ci ildə PSJ-yə imza atdıqdan sonra oxşar təsir bağışlamışdı. Həmin vaxt PSJ-nin İnstaqram hesabı 5,6 milyon izləyici toplamışdı.

Əlavə edək ki, “İnter Mayami”nin təklifini qəbul etməzdən əvvəl ulduz oyunçu “Barselona”nın və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun iki il ərzində 1,2 milyard avro ödəyəcəyini vəd edən təkliflərini rədd etmişdi.





Xəbər news

Anna Başta Fransaya yollanır
  • Xəbər news
  • 15:22 05.12.2023
Anna Başta Fransaya yollanır