21 mart 2026. Şənbə

"Qızıl top"un verilmə vaxtı açıqlandı


"Qızıl top"un verilmə vaxtı açıqlandı
"France football" nəşri "Qızıl top" mükafatının verilmə vaxtını açıqlayıb.

Corner.az xəbər verir ki, Fransa nəşri sosial şəbəkə vasitəsilə bildirib ki, 2023-cü ilin ən yaxşı futbolçusu oktyabrın 30-da təşkil ediləcək tədbirdə mükafatlandırılacaq. 

Bu mükafata namizəd olan 30 nəfərin adı sentyabrın 6-da açıqlanacaq.

Qeyd edək ki, "Qızıl top"un son qalibi Kərim Benzemadır. Bu il isə bu mükafata ən real namizəd kimi Argentina millisi ilə dünya çempionu olan Lionel Messi göstərilir.






Xəbər news