28 may 2026. Cümə axşamı

Milan avrokuboklardan uzaqlaşdırıldı


Milan avrokuboklardan uzaqlaşdırıldı

İdman Arbitraj Məhkəməsi (CAS) “Milan”ı Avropa Liqası yarışından kənarlaşdırıb.

Corner.az qurumun saytına istinadən xəbər verir ki, buna klubun maliyyə “fayr-play”ini pozması səbəb olub. Bir müddət idi ki, məsələ ilə əlaqədar “Milan”la UEFA arasında hüququ mübahisə davam edirdi.

CAS-ın qərarına görə, tərəflər arasında razılaşmaya əsasən, İtaliya klubu yeni mövsümdə Avropa Liqasına buraxılmayacaq. Bu müddətdə klub Avropa qitə futbol qurumu ilə mübahisəli məsələləri yoluna qoymalıdır.

Beləliklə, “Milan” Avroliqaya burxalmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı “Roma” təmsil edəcək, “Torino” isə təsnifat mərhələsində oynayacaq.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı