22 oktyabr 2024. Çərşənbə axşamı

AFFA rəhbərliyi İstanbula getdi


AFFA rəhbərliyi İstanbula getdi
Bu gün Çempionlar Liqasının final görüşü keçiriləcək.

Corner.az xəbər verir ki, İstanbulda baş tutacaq oyunu AFFA rəhbərliyi də izləyəcək.
 
Belə ki, assosiasiyanın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev də UEFA tərəfindən bu qarşılaşmaya dəvət edilib.
 
FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru vəzifəsində çalışan AFFA-nın vitse-prezidenti Elxan Məmmədov da oyunu izləyənlər arasında olacaq.
 
Qeyd edək ki, bu gün İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək Çempionlar Liqasının final matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






Xəbər news