- Xəbər news
- 22:34 14.11.2024
"Qalatasaray"ın unudulmaz futbolçularından olan Uesli Sneyder "Nef" stadionunu ziyarət edib.
Corner.az xəbər verir ki, sarı-qırmızılı klubdan verilən açıqlamaya görə, 2013-2017-ci illərdə "Qalatasaray"da çıxış edən Uesli Sneyder Ali Sami Yen İdman Kompleksi Nef Stadionunda olub və klub muzeyini gəzib.
"Qalatasaray" forması geyindiyi dönəmdə göstərdiyi performans və qolları ilə böyük rəğbət qazanan keçmiş hollandiyalı ulduz azarkeşlərin böyük marağı ilə qarşılaşıb.
İllər sonra yenidən Nef Stadionunda görünən və xatirə fotosu çəkdirən Sneyder “GS” Tv-yə açıqlamasında deyib:
"Burada inanılmaz anlar yaşadım. Komanda avtobusu ilə gəldiyim tunelə girərkən hiss etdiklərimi xatırladım. Pərəstişkarlarımızın məni qarşıladığı anlar yaddaşımda canlandı”.
Sneijder sarı-qırmızılı komandanın bu mövsüm Spor Toto Super Liqada çempionluq yaşamağından xoşbəxt olduğunu da bildirib.
"Çempionluq oyununda iştirak edə bilmədiyim üçün təəssüf edirəm. "Fənərbaxça" oyununda iştirak etmək istəyirdim, lakin Hollandiyada çəkilişim olduğu üçün gələ bilmədim”.
İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının finalında keçmiş komandalarından "İnter"i dəstəklədiyini ifadə edən Sneyder, "Atatürk Olimpiya Stadionunun çox yaxşı hazırlandığını deyib.
“İstanbul bu finala ev sahibliyi etməyə sona qədər layiqdir. “Beşiktaş”la Olimpiya Stadionunda oynadığımız və qalib gəldiyimiz oyunu xatırladım.. İstanbulda olmaq mənə yenidən böyük hisslər yaşatdı” - deyə bildirib.
Şəfəq Samed