24 noyabr 2024. Bazar günü

Qafan rayonu 8 saylı orta məktəbinin 100 illiyi qeyd edilib


Qafan rayonu 8 saylı orta məktəbinin 100 illiyi qeyd edilib
Qərbi Azərbaycan İcmasında Qafan rayonu Şəhərcik qəsəbə 8 nömrəli orta məktəbinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Corner.az xəbər verir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, Milli Məclisin deputatı Anar Məmmədov, Qafan rayon İcmasının sədri, professor Eldar Abbasov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov çıxış edərək məktəbin Qafan rayonunun ziyalılarının yetişdirilməsində rolundan danışıblar. 

Daha sonra sözügedən məktəbin müəllimləri və məzunları çıxış edərək xatirələrini bölüşüblər.

Qeyd edək ki, Qafan rayon Şəhərcik qəsəbə 8 saylı orta məktəbi 1923-cü ildə 4 illik məktəb kimi yaradaılıb. Məktəbin ilk direktoru Şıxəli Zeynalov, ilk müəlliməsi Güldanə Bünyadova əvvəlcə dördillik baza əsasında şagirdləri yetişdirməyə başlayıblar. Daha sonra məktəbdə şagird və müəllimlərin sayı artıb. 1937-ci illərdə artıq 10 illik tam orta məktəb səviyyəsində yüzlərlə şagird məktəbdən məzun olmağa başlayıb. 1987-91-ci illərdə Ermənistan tərəfindən həyata keçirilən deportasiya zamanı Qafan rayonundan azərbaycanlı əhalinin çıxarılması ilə əlaqədar Şəhərcik qəsəbə 8 saylı orta məktəbi də fəaliyyətini dayandırıb.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir