- Xəbər news
- 21:58 14.03.2026
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 3-cü yoxlama matçına çıxıb.
Corner.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rusiyanın "Ufa" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi Premyer Liqa klubu ilə görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu, "Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk qələbəsi olub.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 məğlub olub, ikinci matçında Rumıniyanın "Krayova" klubu ilə heç-heçə edib.