24 noyabr 2024. Bazar günü

“Qızlara ağ yaraşır!” layihəsi həyata keçirilir


“Qızlara ağ yaraşır!” layihəsi həyata keçirilir
Azercell TelekomAzərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıq çərçivəsində “Qızlara ağ yaraşır!” layihəsinə başlayır. 

Corner.az xəbər verir ki, sosial kampaniya qızları inkişafa və idmana təşviq etmək məqsədi daşıyır.

Sosial kampaniya cəmiyyətimizdə, xüsusən də yeniyetmə qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlib, həmçinin cəmiyyəti gənclərin bu istiqamətdə inkişafına dəstək verməyə çağırır. 

Qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə, cüdo ilə məşğul olub beynəlxalq idman arenalarında ölkəmizi təmsil etməyə həvəsləndirmək məqsədi daşıyan “Qızlara ağ yaraşır!” sosial layihəsi eyni zamanda həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur. 

Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən və ACF-in məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaş aralığında ilk 1000 qız tələbəyə cüdoqi hədiyyə olunacaq. Azərbaycan Cüdo Federasiyası inkluzivliyi təmin etmək üçün əlavə imkanlar təqdim edib, bu istiqamətdə müxtəlif aksiyalar həyata keçirəcəkdir. 

Qızları cüdoya yazdırmaq üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az ünvanına müraciət etmək olar. 

İstəyirik qızlarımız cüdoqi geyinsin, çünki “Qızlara ağ yaraşır!”









Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir