- Xəbər news
- 22:34 14.11.2024
PSJ-nin futbolçusu Neymar tezliklə klubunu dəyişə bilər.
Corner.az xarici mediaya istinadən xəbər verir ki, "Əl-Hilal" braziliyalı hücumçu ilə ciddi maraqlanır. Səudiyyə Ərəbistanı təmsilçisi Neymara hər mövsüm üçün 250 milyon avro ödəməyə və 3 illik müqavilə təklif etməyə hazırdır.
Beləliklə, o, dünyanın ən çox maaş alan futbolçusu ola bilər. Hazırda bu titul hər mövsümdə təxminən 200 milyon avro qazanan "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldoya məxsusdur.
Ötən mövsüm futbolçu PSJ-də 29 oyuna çıxıb, 18 qol vurub və 16 qolun ötürməsini verib.