- Xəbər news
- 22:34 14.11.2024
“Qızıl top”? Karyeramın bu mərhələsində bunu belə qəbul edirəm: alsam, yaxşı olar, almasam, eybi yoxdur”.
90DEQİQE.AZ xəbər verir ki, bunu argentinalı futbolçu Lionel Messi deyib.
Onun sözlərinə görə, hazırda bu mükafatın onun üçün əhəmiuuəyi yoxdur:
“Mən bundan narahatam? Xeyr. Həmişə demişəm ki, mənim üçün fərdi mükafatlar deyil, kollektiv mükafatlar önəmlidir. Hazırda ən vacib mükafat dünya çempionatıdır. Bu, mənim üçün ən böyük mükafatdır”.
O bildirib ki, 2026-cı il dünya çempionatında iştirak etmək planı yoxdur:
“Bu, mənim son dünya çempionatım idi. Baxacağam, necə olacaq, amma nəzəri olaraq yox, mən növbəti dünya çempionatına getməyəcəyəm”.