- Xəbər news
- 21:58 14.03.2026
Millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Hollandiyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Corner.az-ın məlumatına görə, Ukrayna klubu "Anderlext"lə (Belçika) qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.
"Aleksandriya" iki hissəyə də fərqli "11-lik"lə çıxıb. P.Paşayev ikinci hissədə meydana çıxıb.