- Xəbər news
- 21:58 14.03.2026
Amerika kubokunun 1/4 final mərhələsində Venesuela ilə keçirilən oyun Argentinalı futbolçu Anxel Di Mariya üçün əlamətdar olub.
Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu millidə yubiley - 100-cü görüşünə çıxıb.Bununla o, millidə 100-ə çatan 6-cı argentinalı futbolçu olub. Rekord Xavyer Maskeranoya (147 oyun) məxsusdur.